"Bu iki klub hədəflərinə çatmaq üçün canlarını verməyə hazırdır"

22 May 2021 18:20 İspaniya 923
"Bu iki klub hədəflərinə çatmaq üçün canlarını verməyə hazırdır"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın sonuncu turundan əvvəl "Real"la çempionluq uğrunda mübarizədən danışıb.

Sportinfo.az xəbər verir ki, o, hər iki komandanın çempion olmağa çalışacağını deyib:

“Qarşıda hər iki komandanın öz hədəfləri olan bir final var. "Atletiko" və "Real" hədəflərinə çatmaq üçün canlarını verməyə hazırdır.

Bütün mövsümdə olduğu kimi son oyunumuza tamamilə köklənmişik. Mövsüm uzun oldu, çox şey baş verdi və yekunda çempionluğa iddialı olduq".

Lider "Atletiko" 38-ci turda "Valyadolid", 2-ci pillədə olan Real isə "Vilyarreal"la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı