MESSİ: "Ronaldo və Roberto Karlosdan forma istəmədiyimə təəssüflənirəm"

22 May 2021 21:40 İspaniya 3 034
MESSİ: "Ronaldo və Roberto Karlosdan forma istəmədiyimə təəssüflənirəm"

"Barselona"nın hücumçusu Lionel Messi forma kolleksiyasında kimin formasını görmək istədiyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "Ole“yə müsahibəsində deyib:

"Ronaldo və Roberto Karlosdan forma istəmədiyimə görə təəssüflənirəm, çünki onlara qarşı oynadım. İndi kolleksiyamda onların köynəklərinin olmasını istərdim".

Argentinalı hücumçu karyerasının əvvəlində onlardan forma istəməyə utandığını söyləyib:

“Yaşım artdıqca forma toplamaq, xatirələr haqqında daha çox düşünməyə başladım. Əvvəllər buna əhəmiyyət vermədim. Qardaşım Mathias bir çox formanı saxladı".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı