"Atletiko" baş məşqçisi ilə müqaviləni uzatmaq istəyir

22 May 2021 12:00 İspaniya 1 298
"Atletiko" baş məşqçisi ilə müqaviləni uzatmaq istəyir

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubla müqaviləsini yeniləyə bilər.

Sportinfo.az xəbər verir ki, Madrid klubu argentinalı mütəxəssislə yeni müqaviləni müzakirə edir.

Bildirilib ki, bu, "Atletiko"nun La Liqanı qazanıb- qazanmamasından asılı deyil.

"Atletiko" baş məşqçisi ilə müqaviləni 2024-cü ilun yayına qədər uzatmaq istəyir. Klub Simeonenin işindən məmnundur.

Simeone 2011-ci ilin dekabrından "Atletiko"nu çalışdırır. İspaniya çempionatının bitməsinə bir tur qalmış onun komandası 2-ci pillədəki "Real"ı 2 xal qabaqlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti