“Barselona” futbolçusunu məzuniyyətə göndərdi

20 May 2021 01:52 İspaniya 998
“Barselona” futbolçusunu məzuniyyətə göndərdi

“Barselona”da yarımmüdafiəçi Pedri məzuniyyətə göndərilib.

Sportinffo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Pedri La Liqanın bitiminə bir tur qalmış erkən məzuniyyətə göndərilib.

Bu mövsüm 52 oyunda iştirak edən 18 yaşlı futbolçunun bədəninin tam formalaşmaması və gənc yaşda bu qədər yüklənməsi klubun həkimlərini narahat edib və yekunda onun məzuniyyətə göndərilməsi qərara alınıb.

Pedri “Barselona” ilə bu mövsüm 52 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı