"Sizə danışacaq yeni bir şey yoxdur, tətilə gəlmişəm"

18 May 2021 15:40 İspaniya 838
"Sizə danışacaq yeni bir şey yoxdur, tətilə gəlmişəm"

"Al-Sadd"ın (Qətər) baş məşqçisi Xavi Barselonaya gedib.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatı onun "Barselona" ilə danışıqlar aparmaq üçün bu addımı atdığını yazıb.

Ancaq 41 yaşlı çalışdırıcı bu iddiaları təkzib edib: "Sizə danışacaq yeni bir şey yoxdur, İspaniyaya tətilə gəlmişəm".

Qeyd edək ki, Kataloniya təmsilçisində Ronald Kuman istefaya göndəriləcəyi təqdirdə, baş məşqçi vəzifəsinə namizədlər sırasında Xavi də var.

Digər Xəbərlər
Xəbər Lenti