"Barselona" uduzdu, çempionluq şansını itirdi - VİDEO

17 May 2021 00:00 İspaniya 1 439
"Barselona" uduzdu, çempionluq şansını itirdi - VİDEO

"Barselona" komandası 2020/2021 mövsümündə çempionluq şansını itirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə uduzaraq, 76 xalla 3-cü pillədə qalıb.

Əvəzində lider "Atletiko" evdə eyni hesabla "Osasuna"ya qalib gəlib və xalını 83-ə yüksəldib. "Real Madrid" isə "Atletik" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.

Son turda "Barselona" səfərdə "Eybar"a qalib gəlsə belə, 3-cü pillədən yuxarı qalxa bilməyəcək.

Üstəlik, 74 xalla 4-cü yerdə gedən "Sevilya" "Vilyarreal" üzərində səfər qələbəsi sayəsində Kataloniya komandasını keçə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”