"Barselona" niyə hələ Messiyə rəsmi təklif etmir?

12 May 2021 00:14 İspaniya 493
"Barselona" niyə hələ Messiyə rəsmi təklif etmir?

"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə üçün danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta ilə 33 yaşlı hücumçu atası və meneceri Xorxe son günlərdə bir neçə dəfə görüşüblər.

Lakin "Barselona" hələ Messiyə rəsmi təklif etməyib. Argentinalı oyunçu üçün isə ən vacib proses komandanın inkişafıdır.

O ümid edir ki, "Barselona" yay transfer pəncərəsində heyətini gücləndirəcək. Həmçinin Messi İspaniyada qalmağa müsbət yanaşır. Lakin "Mançester Siti" və PSJ də bu prosesi yaxından izləyir. Hər iki klub Messini sıralarına qatmaqda israrlıdır.

Messinin "Barselona" ilə sözləşməsi 2021-ci ilin iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti