"Real" "Sevilya"ya məğlubiyyətdən qurtuldu - VİDEO

10 May 2021 01:24 İspaniya 845
"Real" "Sevilya"ya məğlubiyyətdən qurtuldu - VİDEO

İspaniya La Liqasında XXXV turun daha bir mərkəzi görüşü "Real" və "Sevilya" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hesabı 22-ci dəqiqədə qonaq komandadan Fernando açıb. 67-ci dəqiqədə Marko Asensio bərabərlik qolunu vurub.

78-ci dəqiqədə İvan Rakitiç penaltidən "Sevilya"nı yenidən önə çıxarıb. Lakin 90+4-cü dəqiqədə Eden Azar "kral klubu"nu məğlubiyyətdən qurtarıb.

Bu nəticədən sonra "Real Madrid" xalını 75-ə çatdıraraq, yenidən 2-ci pilləyə qayıdıb. 3-cü pillədəki "Barselona" da eyni xala malikdir. "Sevilya" 71 xalla 4-cüdür. Turnir cədvəlinə isə 77 xalla "Atletiko" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti