Messi 15 il sonra "Barselona"da bu hadisə ilə üzləşdi - VİDEO

9 May 2021 15:40 İspaniya 5 270
Messi 15 il sonra "Barselona"da bu hadisə ilə üzləşdi - VİDEO

"Barselona"nın kapitanı Lionel Messi 15 il sonra ilk dəfə ardıcıl olaraq Madrid klublarına qarşı matçlarda qol vura bilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur jurnalist Pedro Martin məlumat yayıb.

33 yaşlı hücumçu ötən gün "Atletiko" ilə heç-heçə etdikləri (0:0) matçda fərqlənməyi bacarmayıb. O, "Real"a uduzduqları son "El-Klassiko"dan (1:2) da əliboş qayıdıb.

Beləliklə, Messi son 15 ildə ilk dəfə Madrid klubları ilə görüşdən qolsuz ayrılıb. Messi bu mövsüm La Liqada 33 maçtda 28 qol vurub və 11 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti