Messidən "Barselona" ilə bağlı qərar: Müqavilə imzalayacaq?

5 May 2021 19:20 İspaniya 1 117
Messidən "Barselona" ilə bağlı qərar: Müqavilə imzalayacaq?

Lionel Messinin "Barselona" ilə imzalayacağı yeni müqavilənin müddəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, argentinalı hücumçu Kataloniya təmsilçisinin 2 illik sözləşmə təklifini qəbul edib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM