"Barselona"dan evdə gözlənilməz məğlubiyyət - VİDEO

30 Aprel 2021 00:00 İspaniya 1 597
"Barselona"dan evdə gözlənilməz məğlubiyyət - VİDEO

"Barselona" La Liqada növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 33-cü turda evdə "Qranada"nı qəbul edib.

Qonaqlar gözlənilmədən səfərdə qalib gəlib - 2:1.

"Barselona" qələbə qazansa, lider "Atletiko" ilə xalını bərabərləşdirəcəkdi. Bu nəticədən sonra isə Ronald Kumanın komandası 71 xalla 3-cüdür. Eyni xalı olan "Real", 2-ci, "Atletiko" isə 73 xalla 1-cidir.

"Barselona" - "Qranada" 1:2
Qollar:
Messi, 23 (1:0), Maçis, 63 (1:1), Molina, 79 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!