“Bu baş versə, La Liqanı qazana bilməyəcəyik” – Zidan

25 Aprel 2021 18:20 İspaniya 1 145
“Bu baş versə, La Liqanı qazana bilməyəcəyik” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 32-ci turu çərçivəsində “Betis”ə qarşı keçirdikləri matçı şərh edib.

Sportinfo.az xəbər verir ki, Zidan, 0:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Fiziki baxımdan problemimiz yox idi. Son oyunlarda daha yaxşı çıxış edirik. Qələbə qazanmaq istəyirdik, olmadı. Şanslarımızdan yararlana bilmədik.

Qalan oyunlarda rəqiblərimizin də maksimum xal qazanacağını düşünmürəm. Bu baş versə, La Liqanı qazana bilməyəcəyik”.

“Real” La Liqada 71 xalla 2-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti