"Ya yalan danışır, ya da səhv edir, onunla bir neçə aydır danışmıram"

25 Aprel 2021 12:00 İspaniya 725
"Ya yalan danışır, ya da səhv edir, onunla bir neçə aydır danışmıram"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Super Liqası layihəsi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Tebas, Super Liqa layihəsinin artıq bitdiyini deyib:

“Avropa Super Liqası layihəsi 20-25 il idi ki, düşünülürdü və nəhayət, gerçəkləşdi. Ancaq müsbət olan məqam layihənin tez bir zamanda dayandırılmasıdır. 25 il fikirləşdilər, 48 saata dayandırıldı.

Xüsusilə, İngiltərədən olan təzyiqlərdən sonra bir təhdid olan bu Super Liqa layihəsi aradan qaldırıldı.

Super Liqanın təşkilatçıları bu işin düzgün olmadığını bilirdilər və buna görə gizli iş görürdülər. Onlar üçün danışıqlara getmək istədiklərini verməkdirsə, bu, mümkün deyil. Belə bir şey ola bilməz”.

Tebas, Super Liqanın rəhbəri Florentino Peresin “Super Liqa ölməyib, dayandırılıb” açıqlamasının həqiqət olmadığını bildirib:

“İngiltərə və Almaniya klubları heç vaxt belə turnirdə iştirak etməz. Super Liqa ölüb, realist olmaq lazımdır. Peres ya yalan danışır, ya da səhv edir. Onunla artıq bir neçə aydır ki, danışmıram. Onsuz da hər şeyi gizli edir”.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

Artıq İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti”, “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"