Kərim Ronaldonu ötdü

22 Aprel 2021 18:40 İspaniya 1 206
Kərim Ronaldonu ötdü

"Real"ın forvardı Kərim Benzema hazırda "Yuventus"da çıxış edən keçmiş komanda yoldaşı Kristiano Ronaldonun göstəricisini geridə qoyub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın XXXI turunda "Kadis"i 3:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Bu görüşdə dubl edən fransalı forvard ikinci qolda Alvaro Odriosolaya məhsuldar ötürmə verib.

Beləliklə, Benzema La Liqadakı assist sayını 88-ə çatdırıb və Ronaldonu (87 məhsuldar ötürmə) geridə qayub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı