Messi: Ardıcıl 13 mövsümdür ki…

20 Aprel 2021 00:00 İspaniya 406
Messi: Ardıcıl 13 mövsümdür ki…

“Barselona” İspaniya kubokunun final matçında “Atletik”i darmadağın edib.

Sportinfo.az xəbər verir ki, 4:0 hesabıyla bitən qarşılaşmada dubl edən Lionel Messi yeni uğura imza atıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Messi, “Barselona” ilə ardıcıl 13 mövsümdür ki, 30-dan çox qol vurur. Argentinalı hücumçu klub səviyyəsində bu göstəriciyə nail olan ilk futbolçudur.

Bundan əvvəl almaniyalı keçmiş hücumçu Herd Müller ardıcıl 12 mövsümdə 30-dan çox qol vurmuşdu .

Digər Xəbərlər
Xəbər Lenti