“Real” Alabanın keçidini nə vaxt açıqlayacaq?

17 Aprel 2021 15:20 İspaniya 1 250
“Real” Alabanın keçidini nə vaxt açıqlayacaq?

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan David Alaba karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Real”la razılaşıb.

Bu barədə “Marca” nəşri məlumat yayıb. Alaba “Real”la müqavilə şərtlərini razılaşdırıb və yayda komandanın düşərgəsinə qoşulacaq.

“Real” Alabanın keçidini mövsümün sonunda açıqlayacaq. Avstriyalı futbolçu “kral klubu”na azad agent kimi keçəcək.

Alaba 2010-cu ildən “Bavariya”da çıxış edir. Müdafiəçi bu mövsüm Münhen təmsilçisi ilə 39 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”