“Barselona” Niderland klublarının futbolçularına “elçi düşdü”

17 Aprel 2021 01:52 İspaniya 1 624
“Barselona” Niderland klublarının futbolçularına “elçi düşdü”

“Barselona” yayda heyətini iki yeni müdafiəçi ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”dan Lisandro Martines və “Feyenoord”dan Markos Senesini transfer etmək niyyətindədir.

Bu barədə “Voetball İnternational” portalı məlumat yayıb. Xəbərdə, “Barselona”nın yayda Niderland klubları ilə danışıqlara başlayacağı bildirilir.

Lisandronun “transfermarkt”da dəyəri 22, Senesinin isə 20 milyon avrodur. Hər iki müdafiəçinin 23 yaşı var.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu