"Atletiko" "Betis"lə matçda qələbəni əldən verdi VİDEO

12 Aprel 2021 15:20 İspaniya 450
"Atletiko" "Betis"lə matçda qələbəni əldən verdi VİDEO

İspaniya Primerasının 30-cu turunun matçında "Betis" “Atletiko” (Madrid) ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, görüş Sevilyada "Benito Vilyamarin" stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko Anhel Korreanın ötürməsini qola çevirib.

Matçın 20-ci dəqiqəsində “Betis”in müdafiəçisi Kristian Telyo hesabı bərabərləşdirib.

Turnir cədvəlinə 67 xalla "Atletiko" başçılıq edir. "Real" 66 xalla 2-ci, "Barselona" 65 xalla 3-cüdür. 47 xalı olan "Real Betis" 6-cı sırada qərarlaşıb.

"Real Betis" - "Atletiko" - 1:1

Qollar: Kristial Telyo, 20 - Yannik Karrasko, 5

Digər Xəbərlər
Xəbər Lenti