“Barselona”lı dedi: “Bu, çox utancvericidir, təəccübləndim”

12 Aprel 2021 10:00 İspaniya 800
“Barselona”lı dedi: “Bu, çox utancvericidir, təəccübləndim”

“Barselona”nın futbolçusu Serxi Roberto La Liqanın 30-cu turunda “Real”a qarşı keçirdikləri səfər matçını şərh edib.

Sportinfo.az xəbər verir ki, AS nəşrinə danışan Roberto 1:2 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“Sona qədər mübarizə apardıq. Xüsusilə, ikinci hissədə “Real” qapalı oyun sərgilədi. Heç olmasa, bir xal qazanmalıydıq. Bu, çox utancvericidir.

La Liqada çempionluq yarışı gərgin keçir. Titulun sahibi sonda bilinəcək. Martin Breytveytin epizodunda cərimə var idi.

Hakim VAR-a baxmalı idi, ancaq baxmadı. Təmasın olub-olmadığını tam bilmirəm. Lakin hakimin VAR-a baxmamasına təəccübləndim”.

Digər Xəbərlər
Xəbər Lenti