Zidan: "Barselona" üzərində layiqli qələbə qazandıq"

11 Aprel 2021 15:20 İspaniya 796
Zidan: "Barselona" üzərində layiqli qələbə qazandıq"

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 30-cu turunda "Barselona"ya 2:1 hesablı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, layiqli qələbə qazandıqlarını deyib:

"Açıq-aşkar layiqli qələbə qazandıq. Kərim Benzema böyük istedaddır. Hətta 3-cü qolu da vura bilərdik. Son oyunlarda fiziki cəhətdən yaxşı deyil. Bu da sıx qrafiklə bağlıdır.

Artıq sona yaxınlaşırıq və bundan sonra axmaq səhvlərə haqqımız yoxdur. La Liqada gərgin mübarizə gedir. Üç xalın necə əhəmiyyətli olduğunu başa düşürük. İndi isə "Liverpul"la oyuna köklənməliyik".

Digər Xəbərlər
Xəbər Lenti