Messi 7 matçdır "Real"a qol vura və məhsuldar ötürmə verə bilmir

11 Aprel 2021 12:00 İspaniya 885
Messi 7 matçdır "Real"a qol vura və məhsuldar ötürmə verə bilmir

"Barselona"nın hücumçusu Lionel Messi “Real"la matçda (1:2) səmərəli hərəkətlərlə yadda qalmayıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu "Real"la son yeddi matçda "qol+ötürmə" sistemi üzrə fərqlənə bilməyib.

Messi 2018-ci ilin mayından “madridlilər”lə matçlarda qol vurmayıb və məhsuldar ötürmələr etməyib.

Argentinalı hücumçu sonuncu dəfə 2018-ci ildə - Kriştianu Ronaldu “Real Madrid”də çıxış etdikdə məhsuldar ötürmə ilə yadda qalıb.

"Real" və "Barselona" İspaniya La Liqasında XXX turu çərçivəsində növbəti dəfə üz-üzə gəliblər. Madridin "Alfredo di Stefano" stadionunda təşkil olunmuş El Klasiko meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Digər Xəbərlər
Xəbər Lenti