Məşhur futbolçu karantini pozdu, 2700 avro cərimələndi

2 Aprel 2021 00:00 İspaniya 654
Məşhur futbolçu karantini pozdu, 2700 avro cərimələndi

"Real"ın futbolçusu Marselo 2700 avro məbləğində cərimələnib.

Sportinfo.az xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.

33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. İctimai yerlərdə maska ​​taxmaq hər kəs üçün məcburidir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM