Yeni mövsümün nə vaxt başlayacağı bilindi - La Liqada

10 İyun 2024 10:20 İspaniya 1 705
Yeni mövsümün nə vaxt başlayacağı bilindi - La Liqada

İspaniya La Liqasının prezidenti Xavyer Tebas yeni mövsümün nə vaxt başlayacağını deyib.

Sportinfo.az “Barsa Universal”-a istinadən xəbər verir ki, Tebas La Liqada ilk turun avqustun 16-18-də keçiriləcəyini bildirib:

“İspaniya çempionatının ilk turu 16-18 avqustda baş tutacaq. İndi təqvim üçün püşk atmalıyıq və kimin harada oynayacağını başa düşməliyik. Biz bunu mümkün qədər tez etməyə çalışacağıq”.

Ötən mövsümün sonunda 38 turda 95 xal toplayan “Real” İspaniya çempionu olub. “Barselona” ikinci pillədə (85), “Jirona” isə üçüncü yerdə (81) qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!