"Real"ın icarə əsasında "Tottenhem"də çıxış edən futbolçusu Qaret Beyl Madrid təmsilçisinə qayıdacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Sportinffo.az xəbər verir ki, 32 yaşlı oyunçu deyib:
"Qanuni baxımdan icarə müddətim bitdikdən sonra "Real"a qayıtmalıyam. Çünki mənim müqaviləmdə belə yazılıb.
Mən "Real"a aidəm. Yayda qayıdacam və agentimlə gələcəyim haqqında söhbət edəcəm. Əlbəttə ki, oynamaq istəyirəm, amma məni maraqlandıran tək şey futbol deyil.
Oyundan zövq almaq üçün "Tottenhem"ə köçdüm. Etibar, etimad, xüsusən hücumçu üçün ən vacib şeylərdən biridir".
Beyl bu mövsüm 22 matçda 8 qol vurub və 2 qolun ötürməsini verib.

