"Qalatasaray"dan qovulan Belhanda "Valensiya" yolunda

30 Mart 2021 01:24 İspaniya 1 336
"Qalatasaray"dan qovulan Belhanda "Valensiya" yolunda

“Qalatasaray”dan ayrılan Yunes Belhanda karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Valensiya” ilə danışıqlar aparır.

"Yarasalar"ın azad agent statusu daşıyan futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayacağı gözlənilir.

31 yaşlı futbolçu 2017-ci ildən Türkiyə klubunda çıxış edirdi. O, "sarı-qırmızılar"da keçirdiyi 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti