İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın futbolçusu Lionel Messiyə məsləhət verib.
Sportinfo.az xəbər verir ki, Tebas, argentinalı futbolçuya“Barselona”da qalmağı məsləhət görüb:
“Ümid edirəm ki, Messi komandasında qalacaq. O, tarixinin ən yaxşı futbolçusudur. Futboldakı son illərini düşünürsə, “Barselona”da qalmalıdır.
Burada başlayıb və burada da bitirməlidir. PSJ və ya “Mançester Siti”yə getsə, ona olan maraq azalacaq.
Rəqabət klublara və heyətlərə bağlıdır. Kriştiano Ronaldo “Yuventus”a, Neymar PSJ-yə getdi. Fransa və İtaliya çempionatının dünyanın ən yaxşısı olduğunu görmədim. Çempionatlar futbolçulara bağlı deyil”.

