Messi “Barselona”nın tarixinə necə düşdü? - FOTO

23 Mart 2021 01:38 İspaniya 643
Messi “Barselona”nın tarixinə necə düşdü? - FOTO

“Barselona”nın hücumçusu Lionel Messi klubun tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, Messi Kataloniya təmsilçisində ən çox oyun keçirən futbolçu ünvanını əldə edib.

Argentinalı La Liqanın 28-ci turunun “Real Sosyedad”la matçında (6:1) iştirak edərək, “Barselona”dakı oyun sayını 768-ə çatdırıb və bu göstəricidə mütləq rekordçu olub.

Bundan əvvəlki rekord sabiq yarımmüdafiəçi Xavidə idi. Keçmiş futbolçu “Barselona” ilə 767 oyuna çıxmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti