"Barselona"nın yeni prezidenti bu transfer üçün işə başladı

21 Mart 2021 15:20 İspaniya 807
"Barselona"nın yeni prezidenti bu transfer üçün işə başladı

"Barselona"nın yeni prezidenti Joan Laporta Dortmund "Borussiya"sının futbolçusu Erling Haalandın transferi üçün addım atıb.

Sportinfo.az xəbər verir ki, o, 20 yaşlı hücumçunun menecerləri ilə danışıqlara başlayıb.

Hazırda 58 yaşlı mütəxəssisin əsas hədəfi Haalandı bu yay Kataloniya klubuna gətirməkdir.

Daha əvvəl "Barselona"nın norveçli oyunçunu transfer etmək üçün Filipe Koutinyo, Samuel Umititi, Martin Braytvayt, Cunior Firpo, Antuan Qrizmann və Usman Dembeleni satmağa hazır olduğu bildirilmişdi.

Haalandın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!