Ramos yalnız məşhur braziliyalıdan geri qalır

17 Mart 2021 15:20 İspaniya 587
Ramos yalnız məşhur braziliyalıdan geri qalır

Çempionlar Liqasının 1/8 finalında "Atalanta" ilə cavab matçı "Real"ın kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Sportinfo.az "Opta"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi görüşdə (3:1) fərqlənməklə turnirdə vurduğu qolların sayını 15-ə çatdırıb.

Beləliklə, o, Çempionlar Liqasında ən çox qol vuran müdafiəçilər sırasında 2-ci olub. İspaniyalı oyunçu yalnız Roberto Karlosdan geri qalır (16 qol).

Qeyd edək ki, Ramos bu mövsüm La Liqada 15 matça çıxıb və 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti