"Barselona" tanınmış hücumçuya təklif göndərdi

11 Mart 2021 00:00 İspaniya 1 659
"Barselona" tanınmış hücumçuya təklif göndərdi

"Barselona" "Mançester Siti"də çıxış edən Serxio Aqueronu heyətinə cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi bu gün 33 yaşlı hücumçuya təklif göndərib.

"Barselona"nın yeni prezidenti Joan Laporta Aqueronun gəlişinin Messinin klubda qalmasına müsbət təsir edəcəyinə ümid bəsləyir. Aquero Messinin ən yaxın dostlarından biridir.

Serxio Aquero 2020/2021 mövsümündə 11 oyuna 2 qol vurub. Onun "şəhərlilər"lə müqaviləsi yayda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!