"Barselona"nın aparıcı müdafiəçisi yenidən zədələndi

5 Mart 2021 00:28 İspaniya 1 158
"Barselona"nın aparıcı müdafiəçisi yenidən zədələndi

"Barselona"nın aparıcı futbolçularından hesab edilən Jerar Pike yenidən zədələnib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Sevilya"nı 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə sıradan çıxıb.

İspaniyalı oyunçu sağ dizindən xəsarət alıb. Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

Jerar Pike 2020-ci ilin noyabrından sağ dizindəki problemə görə oynaya bilməyib.

Təcrübəli futbolçu fevralın 16-da Fransa PSJ-sinə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə yaşıl meydanlara qayıtmışdı. Kataloniya klubu həmin vaxt 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!