İspaniya millisinin hücumçusu ilə anlaşdı - “Barselona”

10 İyul 2024 12:20 İspaniya 1 654
İspaniya millisinin hücumçusu ilə anlaşdı - “Barselona”

İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyams “Barselona” ilə şəxsi şərtləri razılaşdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı Kataloniya klubu ilə müqavilə imzalayıb, lakin transfer üçün “Barselona” hələ də “Atletik”lə təzminat məbləğini razılaşdırmalıdır.

21 yaşlı forvardın müqaviləsində 58 milyon avro təzminat bəndi göstərilsə də, “Barsa” maliyyə problemlərinə görə bu məbləği ödəmək istəmir.

Kataloniya klubu onu daha aşağı qiymətə almağa ümid edir.

Uilyams İspaniya çempionatının son mövsümündə 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq