COP29

"Onu “Barselona”da əvəz edə biləcək yalnız bir oyunçu gördüm”

15 İyun 10:00 İspaniya 6 001
"Onu “Barselona”da əvəz edə biləcək yalnız bir oyunçu gördüm”

“Barselona”nın keçmiş futbolçusu Bernd Şuster komandada Serxio Busketsi layiqincə əvəz edə biləcək yeganə oyunçunun adını çəkib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, bir vaxtlar “Real”ı da çalışdırmış almaniyalı məşqçi “Mançester Siti”dən Rodrinin Busketsi adekvat şəkildə əvəz edə biləcəyini söyləyib:

“Buskets “Barselona”dan ayrılanda onu əvəz edə biləcək yalnız bir oyunçu gördüm. Rodri itkini adekvat şəkildə kompensasiya edə bilərdi.

Dünyada onun kimi daha yaxşı ola biləcək ikinci yarımmüdafiəçi yoxdur”.

Buskets ötən yay “Barselona”dan azad agent kimi ayrılıb.

“Barselona” Rodrini almaq variantını nəzərdən keçirsə də, yarımmüdafiəçi “Mançester Siti”dən ayrılmaq istəməyib və “şəhərlilər” onun üçün həddən artıq böyük məbləğdə təzminat tələb ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?