Ramosdan "Real" fədəkarlıq - Ağrıkəsici dərmanların köməyi ilə...

16 Yanvar 2021 18:20 İspaniya 427
Ramosdan "Real" fədəkarlıq - Ağrıkəsici dərmanların köməyi ilə...

"Real"ın futbolçusu Serxio Ramos İspaniya Superkubokunun yarımfinalında "Atletik"lə oyuna (1:2) ağrıkəsici dərmanların köməyi ilə çıxıb.

Sportinfo.az "Marca"ya istiandən xəbər verir ki, 34 yaşlı nüdafiəçi sol dizindəki ağrılar səbəbindən matçöncəsi məşqlərin əksəriyyətini qaçırıb.

Lakin o, klub həkimləri ilə məsləhətləşdikdən sonra, "Athletik"ə qarşı görüşdə meydana çıxmağa qərar verib. Ramosun matçdan əvvəl ağrıkəsici qəbul etdiyi bildirilib.

İspan oyunçu zədəsinin ağırlığını təyin etmək üçün tam tibbi müayinədən keçməli olacaq. Ramos bu mövsüm La Liqada 14 matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti