TƏNQİD ETDİ: "Mən futbolçuların buna cəhd etdiyini görmürəm"

30 Noyabr 2020 19:40 İngiltərə 412
TƏNQİD ETDİ: "Mən futbolçuların buna cəhd etdiyini görmürəm"

“Maçester Yunayted”in sabiq futbolçusu Roy Kin “Arsenal” haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kin “Vulverhemton”a məğlubiyyətdən (1:2) sonra “Arsenal”ın futbolçularını kəskin tənqid edib.

O, futbolçularda əminlik hissinin olmadığını vurğulayıb: “Hesab edirəm ki, “Arsenal”ın xeyli futbolçusu istənilən səviyyədə deyil. Onlarda boşluq hiss olunur.

Bir neçə həftə əvvəl “Mançester Yunayted”lə oyundan sonra “Arsenal”ın azarkeşləri sevinirdilər. Amma həmin qarşılaşmadan sonra komanda 3 oyunda cəmisi 1 xal qazanıb.

Futbolçularda əminlik hissi çatışmır. Məşqçinin “oyunçularım mübarizə aparır” deməsinin də təsdiqini görmürəm. Mən futbolçuların buna cəhd etdiyini görmürəm.

Əlbəttə, hərdən uğursuz dönəm olur, amma toparlanıb bu problemi həll edirsən. Ancaq “Arsenal”ın futbolçularının bunun öhdəsindən gələcəyini düşünmürəm”.

Roy Kin bir müddət əvvəl “Mançester Yunayted”in də futbolçularını tənqid etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti