“Göründüyümüzdən daha yaxşı komandayıq” – Mourinyo

22 Noyabr 2020 00:28 İngiltərə 568
“Göründüyümüzdən daha yaxşı komandayıq” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubunda xoşbəxt olduğunu bildirib:

“İndi “Tottenhem”ə baş məşqçi təyin olunduğum vaxtdan daha xoşbəxtəm. Bu, mənim üçün çox gözəl hissdir.

“Bir il sonra harda olacaqsan” deyə, soruşsalar, burda işimi görəcəyimi deyərəm. Çünki burda xoşbəxtəm. Biz hələ yolun əvvəlindəyik. “Liverpul”un planlarını reallaşdırması 5 il çəkdi.

“Mançester Siti” 10 ildir bu işin içindədir. Təcrübələrimiz vəziyyətimizi daha da yaxşılaşdıracaq. Hamımız mükəmməllik axtarırıq, amma bu, mümkünsüzdür.

Göründüyümüzdən daha yaxşı komandayıq, amma qarşımızda uzun bir yol var”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır