Azərbaycanda hamını təəccüb içində boğan - VİDEO

13 Noyabr 2023 11:20 II Divizion 1 130
Azərbaycanda hamını təəccüb içində boğan - VİDEO

Azərbaycan II Liqasında X tur arxada qalıb.

Mövsümün ən böyükhesablı qələbəsi "Şahdağ Qusar" - "Dinamo" matçında qeydə alınıb.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 9:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Tural Qurbətov darmadağının əsasını 3-cü dəqiqədə qoyub. «Bakı»nın yetirməsi olan hücumçu daha sonra iki qol vurub.

Ruslan Ağalarov isə dubla imza atıb. Millinin sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev da fərqlənməyə fürsət tapıb.

Bəhram Şahquliyevin çalışdırdığı komandanın hesabı ikirəqəmli həddə çatdırmaq imkan(lar)ı olub. Amma ya vəlvələdən, ya zəlzələdən bu şansları dəyərləndirməyiblər.

Müdafiədə hər cür səhvə yol verən «Dinamo»nu ən yaxşı İslam Məmmədov başa düşüb. Referi ikinci hissəyə 1 dəqiqə də əlavə etmədən matçı bitirib.

Amma bu fit Novruz Əzimovu ipdən almayıb. «Polislər» qarşılaşmanın ardından baş məşqçisi ilə yolları ayırıb.

Xallarını 20-yə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Dinamo" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 30 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Mirnihad Seyidov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqə: Valeh Seyidov, 27 (qeyri-idman hərəkəti)
Qollar: Tural Qurbatov, 3, 57, 77 86; Salman Atluxanov, 4; Ruslan Ağalarov, 30, 60; Kamran Qürbətov, 38; Rahid Əmirquliyev, 63
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
(71. İlqar Hüseynov, 78)
8. Fərman Qənbərov
(19. Samir Şixzadayev, 68)
3. Əlimirzə Daşzərini
(17. Nicat Abbasov, 46)
88. Mehdi Rəsulov
(20. Elmin Əlizadə, 68)
11. Tural Qurbatov
38. Mübarək Şaquliyev
7. Salman Atluxanov
(77. Coşqun Qorçiyev, 76)
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
27. Kamran Qürbətov
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
16. Denis İsmixanov
30. Ruslan Kiçibəyov
Baş məşqçi: Bəhram Şaquliyev

Dinamo”

1. İbrahim Bağırov
20. Valeh Seyidov (k)
77. İsa Cəbiyev
27. Rəsul Babazadə
(11. Şahin Əliyev, 38)
24. İlkin Həsənli
(16. Aslan Səlimov, 64)
10. Ziya Məmmədli
(8. Yusif Cəfərov, 64)
3. Yusif Rufullazadə
(14. Rəmzi Səfərov, 86)
6. Kərim Məmmədov
19. Əkbər Səfərzadə
(4. Məhəmməd Rəşidli, 46)
17. Fizuli Dəmirov
2. Nihad Mahmudzadə
Ehtiyat oyunçular:

12. Elmin Qaçaylı
7. Elmin Əskərli
55. Nihat Bayramlı
18. Əli Hacıyev
Baş məşqçi: Novruz Əzimov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda