Lempard: "O, Sterlinq, Mane və Salah kimi ulduz ola bilər"

29 İyun 2020 01:38 İngiltərə 802
Lempard: "O, Sterlinq, Mane və Salah kimi ulduz ola bilər"

"Çelsi"nin baş məşqçisi Frenk Lempard komandanın gənc ulduzu Kristian Pulişiç barədə danışıb.

Sportinfo.az xəbər verir ki, ingilis mütəxəssis amerikalı vingerin böyük futbolçu ola biləcəyini deyib.

21 yaşlı futbolçu bu mövsüm 25 oyunda 8 qol vurub, 6 assist edib: "Məncə, Pulişiç böyük futbolçuya çevrilə bilər. Yaşına baxanda görürük ki, gənc olarkən Bundesliqada böyük fərq yaratmışdı.

Ondan gözləntilərin çox olması təbiidir. Onda Rahim Sterlinq, Məhəmməd Salah və Sadio Manedə olan özəlliklər var. Belə bir futbolçumuz olduğu üçün sevinirəm".

Digər Xəbərlər
Xəbər Lenti