Canın oynadığı matçda "Eyndhoven" 3 xal qazandı

27 Avqust 2023 03:00 Bizimkilər 564
Canın oynadığı matçda "Eyndhoven" 3 xal qazandı

Niderland 1-ci Divizionunda 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ocan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "NAK Breda"nı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi start heyətdə meydana daxil olub və 76-cı dəqiqədə əvəzlənib.

3 turdan sonra aktivində 4 xal olan "Eyndhoven" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”