"Atletiko"nun təklifinə Klopp yox dedi

11 May 2020 16:35 İngiltərə 652
"Atletiko"nun təklifinə Klopp yox dedi

"Arsenal"la anlaşmaq üzrə olan "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partey Premyer Liqanın digər klubu "Liverpul"un da maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Madrid təmsilçisi qanalı oyunçusunun "Liverpul"a keçidinə razılıq verib.

Lakin ispanların "Liverpul"dan tələbi bu keçidin qarşılığında yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlaynın əks düşərgəyə yollanması olub. Bu isə "Liverpul"un baş məşqçisi Yurgen Kloppun ürəyincə olmayıb. Almaniyalı mütəxəssis Partey-Çamberlayn dəyişikliyinə razılıq verməyib.

Qeyd edək ki, Tomas Partey bu mövsüm "Atletiko"da 35, Çamberlayn isə "Liverpul"da 34 oyunda iştirak edib. Birinci 3 qol, ikinci də 7 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu