"Hansı qərarın verilməsindən asılı olmayaraq..."

9 May 2020 13:26 İngiltərə 494
"Hansı qərarın verilməsindən asılı olmayaraq..."

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Yurgen Klopp barədə danışıb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis almaniyalı çalışıdırıcının ünvanına xoş sözlər söyləyib:

"Klopp əla bir iş gördü, “Liverpul” 30 ildir bu kuboku gözləyirdi. "Mançester Siti" ilə 25 xal fərq yaratmaq böyük göstəricidir. İngiltərədə hansı qərarın verilməsindən asılı olmayaraq, “Liverpul”un hamı tərəfindən çempion kimi qəbul edildiyinə inanıram”

Premyer Liqada mövsüm koronavirus pandemiyası səbəbindən dayandırılıb. Mersisaydlar ən yaxın izləyicisi "Mançester Siti”ni 25 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM