Premyer Liqa klubunun təyyarəsi ilə ət daşıyırlar - FOTO

5 May 2020 21:00 İngiltərə 626
Premyer Liqa klubunun təyyarəsi ilə ət daşıyırlar - FOTO

“Mançester Siti”nin təyyarəsindən koronavirusla mübarizə üçün istifadə olunur.

Sportinfo.az xəbər verir ki, təyyarə ilə koronavirusla mübarizədə vacib olan zəruri mallar daşınır.

Məlumata görə, yük təyyarələrinin çatışmazlığı ucbatından klub layneri bu prosesə cəlb edilib. Bir neçə gün əvvəl təyyarə ilə Sudandan Birləşmiş Ərəb Əmirliklərinə 24 ton ət aparılıb.

Koronavirus epidemiyasına görə, demək olar ki, dünüyn bütün futbol çempionatları, o cümlədən İngiltərə Premyer Liqası da dayandırılıb. “Siti” hazırda 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti