"Barselona" Azərbaycandakı legioneri necə məyus edib?

5 May 2020 16:40 İngiltərə 1 227
"Barselona" Azərbaycandakı legioneri necə məyus edib?

"Səbail"in futbolçusu Maykl Essyen İngiltərənin "Çelsi" klubunda çıxış etdiyi vaxt Çempionlar Liqasında İspaniya "Barselona"sı ilə keçirdikləri yarımfinal mərhələsinin cavab oyununu yada salıb.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi 2008/2009 mövsümünə təsadüf etmiş qarşılaşmanın özü və komandası üçün arzuolunan nəticə ilə başa çatmadığını bildirib.

"Bu, karyeramda ən yaxşı oyunlardan biri idi. "Barselona" kimi böyük komandaya qarşı çıxış edirdik. Vurduğum qol gözəl alınsa da, nəticə bizim üçün məyusedici oldu", - o vurğulayıb.

Maykl Essyen sözügedən matçın 9-cu dəqiqəsində hesabı açsa da, Andres İnyestda 90-cı dəqiqədə bərabərlik qolunu vurub. İspaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alındığından "Barselona" cavab qarşılaşmasındakı səfər qolu sayəsində finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti