Messinin formasını niyə istəməyib? - FOTO

29 Aprel 2020 13:54 İngiltərə 695
Messinin formasını niyə istəməyib? - FOTO

“Liverpul”un kapitanı Cordan Henderson ÇL-də “Barselona” ilə qarşılaşdıqları oyunlar barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Henderson Lionel Messi barədə də fikir bildirib.

O, Leodan forma istəməməyinin səbəbini də izah edib: “Bu, Messiyə qarşı ilk oyunum idi. Onu televizorda görmək başqadır, meydanda qarşılaşmaq tam başqa. Messi həqiqətən də çox sürətlidir. Onun cərimə zərbəsindən necə qol vurduğuna hələ də inana bilmirəm. Zərbənin gücü, dəqiqlik – hər şey ideal idi.

Messi ilə formamı dəyişmək haqda düşündüm? Yox. Mən bunu heç vaxt etmirəm. “Sanderlend”də oynayanda Roy Kin mənə dedi: “Əgər kimdənsə forma istəyirsənsə, deməli, ona heyran olubsan”. Onun bu sözləri daim yaddaşımdadır”.

“Liverpul”la “Barselona” ötən mövsüm ÇL-in yarımfinalında üz-üzə gəlmişdilər. “Barsa” ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəlmişdi. Messi həmin oyunda dubl etmişdi. Amma cavab oyununda “Liverpul” 4:0 qalib gələrək finala adlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti