Karantini pozdu, modeli evinə çağırdı və...  - FOTO

27 Aprel 2020 13:42 İngiltərə 988
Karantini pozdu, modeli evinə çağırdı və...  - FOTO

“Everton”un futbolçusu Moyze Kin karantin rejimini pozduğu üçün ictimai qınaqla qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu dostlarını və modelyeri Çeşirdəki evinə dəvət edib.

Onlar səhərə qədər əyləniblər. Məlumatı yayan şəxsin dedikləri: “Vəhşi gecə səhərə qədər davam etdi. Premyer Liqanın futbolçularına işləməyə-işləməyə böyük məbləğdə məvacib verirlər.

Bu, işlərini itirmiş və ya maaşları kəsilmiş insanları təəssüfləndirməlidir. Futbolçular qaydalardan üstün olduqlarını düşünürlər”.

“Everton” Moyzenin davranışına kəskin reaksiya verib. Futbolçu 114 min avro cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM