"Onlar şərtlərin yer aldığı təklifi bizə göndərdilər"

27 Aprel 2020 13:28 İngiltərə 789
"Onlar şərtlərin yer aldığı təklifi bizə göndərdilər"

PSJ-nin futbolçusu Neymarın Avropada ilk klubu “Çelsi” ola bilərmiş.

Sportinfo.az xəbər verir ki, “Çelsi” Neymara hələ 2010-cu ildə rəsmi təklif göndərib. Bu barədə agent Vaqner Ribeyro məlumat verib:

“2010-cu ildə - Neymar Braziliya yığmasında debüt edəndən dərhal sonra “Çelsi”dən təklif gəldi. Onlar şərtlərin yer aldığı təklifi bizə göndərdilər. Həmin təklifi müzakirə etdik, amma nəticədə hər hansı bir qərar verilmədi”.

Neymar Braziliya yığmasında 2010-cu ilin 10 avqustunda ABŞ yığmasına qarşı oyunda debüt edib. 18 yaşlı futbolçu həmin qarşılaşmada qol vurub. 2013-cü ildə isə Neymar “Santos”dan “Barselona”ya transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM