Kloppun "Liverpul"a qazandırdığı ən yaxşı futbolçu kimdir?

26 Aprel 2020 20:00 İngiltərə 1 283
Kloppun "Liverpul"a qazandırdığı ən yaxşı futbolçu kimdir?

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubda çalışdığı dönəm komandaya qazandırdığı ən yaxşı futbolçunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis Trent Aleksander-Arnoldu fərqləndirib. 52 yaşlı çalışdırıcı ingilis futbolçunun inkişafı üçün çox çalışdıqlarını söyləyib.

"Trenti əsas heyətə götürmək məcburiyyətində deyildik. Sadəcə, onu köməkçim Pep Linders gətirdi: "Gənclər komandasında yarımmüdafiə və müdafiənin cinahlarında oynayıb", - dedi.

Əsas komanda ilə hazırlaşmağa başladı. Amma bir ptoblemi var idi: fiziki cəhətdən kifayət qədər yaxşı deyildi. Trent çox gənc idi, ancaq dərhal gördük ki, bacarıqlarına şübhə ola bilməz.

Fiziki inkişafı üçün çox çalışdıq. Sonra öz-özünə inkişaf etməyə başladı. Bu, sadəcə, inanılmaz idi. Çalışmaqdan imtina etmədi", - Klopp "Daily Mirror"a açıqlayıb.

21 yaşlı sağ cinah müdafiəçisi "qırmızılar"ın yetirməsidir. O, 2016-cı ildə əsas komandada debüt edib. "Liverpul" Klopp gəldikdən sonra Sadio Mane, Məhəmməd Salah, Alisson Beker, Vircil van Dayk, Corcino Veynaldum, Endryu Robertson kimi futbolçular transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti