“Everton”nun hücumçusu Moyze Kin karantin günlərində modellərlə şənlik təşkil edib.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu Çeşirdə yerləşən mənzilinə dostlarını və modelləri dəvət edib.
İnternetdə onların məclisindən olan fotoları yayılıb. Dostlar şəkilləri “Karantindən təmizlənmə” adı ilə paylaşıblar. Bundan sonra “Everton” hücumçunu sərt tənqid edib. Klubun rəsmi bəyanatında bildirilib ki, hökumətin tövsiyələrinə ciddi əməl olunmasını əsas tuturlar.

