Futbolçularının məvacibində heç bir endirim etməyəcək

26 Aprel 2020 10:00 İngiltərə 554
Futbolçularının məvacibində heç bir endirim etməyəcək

“Çelsi” koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, futbolçularının məvacibində heç bir endirim etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisinin bəyanatında bunlar qeyd olunub: “Futbolçularımız klubun bütün xeyriyyə aksiyalarında, ictimai tədbirlərində yaxından iştirak ediblər, eyni zamanda öz ölkələrinə dəstək göstəriblər.

Hazırda əsas komandada heç kimin məvacibində endirimə ehtiyac duyulmur. Bunun əvəzində klub rəhbərliyi onların bundan sonra da xeyriyyə aksiyalarında yaxından iştirak etməyə dəvət edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti