Məhəmməd doğma kəndinə minlərlə ton ərzaq bağışladı

19 Aprel 2020 01:24 İngiltərə 1 525
Məhəmməd doğma kəndinə minlərlə ton ərzaq bağışladı

Koronavirusla mübarizədə fəal iştirak edən "Liverpul"un futbolçusu Məhəmməd Salah növbəti dəfə xeyirxah hərəkəti ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, misirli ulduz ulduz Basyun şəhəri yaxınlığında yerləşən doğma Naqriq kəndinin sakinlərinə minlərlə ton ərzaq bağışlayıb.

28 yaşlı oyunçunun atası bildirib ki, oğlunun təşəbbüsü ilə kənddə dezinfeksiya işləri aparılıb, insanlara maska paylanılıb.

Son məlumata əsasən, Misirdə koronavirusa 2 844 yoluxma halı aşkarlanıb ki, bunlardan 205 nəfəri dünyasını dəyişib, 646-sı isə sağalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti